Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlardan mütləq zərurət olmadığı təqdirdə Almaniyaya səyahət etməkdən çəkinməyi xahiş edir.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu xəbərdarlıqla Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə çıxış edib.
Onun sözlərinə görə, bu, Rusiya vətəndaşlarının sərhəddə hüquqlarının pozulması ilə bağlı çoxsaylı hallarla əlaqədardır.
“Ölkəmizin vətəndaşlarını mütləq zərurət olmadığı təqdirdə Almaniyaya səyahət etməkdən çəkinməyə çağırırıq. Müvafiq tövsiyə nazirliyin və onun xarici nümayəndəliklərinin rəsmi saytlarında dərc edilib”, - rusiyalı diplomat deyib.
QAZİLER.AZ



