Rusiya ilə NATO arasında toqquşma riski hər il artır - Həyəcan təbili çalındı

Rusiya ilə NATO arasında toqquşma riski hər il artır - Həyəcan təbili çalındı backend

Rusiya ilə NATO arasında birbaşa toqquşma riski hər keçən il yalnız artacaq.

Qaziler.az xəbər verir ki, bunu təqaüddə olan ABŞ podpolkovniki Deniel Devis bunu “X” sosial media səhifəsində yazıb.

"Dünya sürətlə Rusiya ilə NATO arasında hərbi münaqişəyə doğru irəliləyir. Avropalılar gələcək münaqişənin toxumlarını səpiblər və indi onları suvarıb gübrələyirlər. Xəbərdarlıq edirəm ki, Rusiya ilə NATO arasında birbaşa toqquşma riski hər keçən il yalnız artır", - Devis deyib.

Ekspert vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin başlanğıcından bəri eskalasiya meylinin yavaşladığına dair heç bir əlamət yoxdur.

QAZİLER.AZ