Ukraynada 2 milyon nəfərə çağırış vərəqəsi göndəriləcək - Zaxarova

Ukraynada 2 milyon nəfərə çağırış vərəqəsi göndəriləcək - Zaxarova backend

"Ukrayna təhlükəsizlik qüvvələrinə 2026-cı ilin əvvəlinə qədər 2 milyon çağırış vərəqəsi göndərmək tapşırılıb ki, bu da faktiki olaraq ümumi səfərbərliyə bərabər olacaq".

Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

"Məlumatlar ortaya çıxıb ki, Ukrayna təhlükəsizlik qüvvələrinə mümkün qədər sərt tədbirlər görmək və 2026-cı ilin əvvəlinə qədər təxminən 2 milyon çağırış vərəqəsi vermək tapşırılıb. Praktikada bu, Ukraynada ümumi səfərbərliyə bərabər olardı", - deyə diplomat bildirib.

QAZİLER.AZ