Süni intellekt yeni başlayan yaradıcı və intellektual işçiləri əvəz edəcək.
Qaziler.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının iclası zamanı deyib.
"Müəyyən ixtisaslara və yüksək səviyyəli mütəxəssislərə tələbat əhəmiyyətli dərəcədə artacaq, süni intellekt isə tədricən yaradıcı və hətta intellektual sahələrdə çalışan işçilər də daxil olmaqla yeni başlayan işçiləri əvəz edəcək", - deyə Putin bildirib.
Putin əlavə edib ki, istehsal proseslərində süni intellektdən geniş istifadə müəyyən əməliyyatları və işçiləri əvəz edəcək. Bununla belə, prezident qeyd edib ki, bu, həm də yeni iş yerləri yaradacaq, hansı ki, burada işçilər tapşırıqlar verə, məlumatlarla işləyə və mühəndislik düşüncəsinə sahib ola biləcəklər.
QAZİLER.AZ



