"Spotify" 86 milyon mahnısını oğurlayanları cəzalandırıb

"Spotify" 86 milyon mahnısını oğurlayanları cəzalandırıb backend

“Spotify” platformasından 86 milyon audio parçanın sızmasında məsul olan bir qrup tərtibatçının hesablarını bağlayıb

Qaziler.az “Habr”a istinadla xəbər verir ki, insident "mədəni irsin qorunması" üçün ən böyük ictimai musiqi arxivini yaratdığını iddia edən “Anna's Archive” təşkilatının hərəkətləri ilə əlaqədardır.

Arxiv araşdırmalarına görə, məlumatların toplanması nəticəsində 86 milyon mahnı ehtiva edən təxminən 300 terabaytlıq fayl yaradılıb. Bu materiallar 2007-ci ildən 2025-ci ilin iyul ayına qədər demək olar ki, bütün “Spotify” kataloqunu əhatə edir və platformadakı bütün yayımların 99,6%-ni təşkil edir.

“Spotify” nümayəndəsi zərərli hesabların dayandırılmasını təsdiqləyərək, hadisənin haker hücumu deyil, xidmətin şərtlərinin sistematik şəkildə pozulmasının nəticəsi olduğunu vurğulayıb. Şirkət əlavə müəllif hüquqlarının qorunması tədbirləri tətbiq etdiyini və şübhəli fəaliyyəti izləməyə davam etdiyini bildirib.

QAZİLER.AZ