Vatikandakı Müqəddəs Pyotr Meydanında ənənəvi "Urbi et Orbi" adlı Milad müraciətində Papa XIV Leo Ukraynadakı münaqişəni həll etmək üçün birbaşa və səmimi dialoqun qurulmasına ümid etdiyini bildirib. Papa həmçinin silahlı münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
"Ukrayna xalqı üçün dua edirik: silahlı münaqişə dayansın, beynəlxalq ictimaiyyətin dəstəyi ilə iştirak edən tərəflər səmimi, birbaşa və hörmətli dialoqa girmək üçün cəsarət tapsınlar", - deyə XIV Leo bildirib.
Roma Katolik Kilsəsinin rəhbəri həmçinin Avropaya ortaq xristian köklərinə və tarixi irsə əsaslanan birliyə çağırış edib. O qeyd edib ki, sülh yalnız daxili mənəvi yenilənmə, bağışlanma və günahdan imtina yolu ilə mümkündür.
Papa həmçinin Müqəddəs Torpaq və Suriya da daxil olmaqla bütün silahlı münaqişələrə, eləcə də Afrika ölkələrindəki "yaddaş çıxmış münaqişələrə" son qoyulacağına ümid etdiyini bildirib. O, bütün əlverişsiz vəziyyətdə və zorakılığın qurbanı olanların əzablarını yüngülləşdirməyin vacibliyini vurğulayıb.
QAZİLER.AZ



