Putin 2026-cı ili “Rusiya Xalqlarının Birliyi İli” elan etdi - VİDEO

Putin 2026-cı ili “Rusiya Xalqlarının Birliyi İli” elan etdi - VİDEO backend

Rusiya Prezidenti Vladimir Putin 2026-cı ili rəsmi olaraq “Rusiya Xalqlarının Birliyi İli” elan edib. Dövlət Şurasının iclasında çıxış edən Rusiya dövlət başçısı artıq müvafiq fərmanı imzaladığını bildirib.

Qaziler.az xəbər verir ki, görüş Kremlin rəsmi teleqram kanalında canlı yayımlanıb.

“Hörmətli həmkarlar, xeyirli günlər. Ənənəvi olaraq, Yeni il ərəfəsində görüşürük. Təbriklərlə başlayacağam: Sizə Yeni il münasibətilə xoş arzularımı bildirirəm. 2026-cı ili “Rusiya Xalqlarının Birliyi İli” elan etdik. Mən bu barədə fərman imzaladım", - deyə Rusiya lideri bildirib.

QAZİLER.AZ