Çin tarifləri artıran ABŞ-ni cavab tədbirləri ilə hədələyib

Çin tarifləri artıran ABŞ-ni cavab tədbirləri ilə  hədələyib backend

Çin hakimiyyəti ABŞ-ni yarımkeçiricilərə yeni tariflərin tətbiq edilməsinin nəticələri ilə bağlı rəsmi olaraq xəbərdar edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin sözçüsü He Yuntsyan açıqlama verib. O, Vaşinqtonun hərəkətlərini ÜTT (Ümumdünya Ticarət Təşkilatı) qaydalarını və qlobal iqtisadi nizamı pozan səhv metodlar adlandırıb.

“ABŞ həm özünə, həm də başqalarına zərər verir. Çin onlardan yanlış təcrübələrini dərhal düzəltməyi və bu tədbirlərdən imtina etmələrini israr edir”, - He Yuntsyan vurğulayıb.

Çin tərəfinin fikrincə, Vaşinqton ötən əsrin daxili qanunlarından yüksək texnologiya sektorunda ədalətsiz rəqabət üçün bir vasitə kimi istifadə edir. He Yuntsyanın qeyd etdiyi kimi, bu cür birtərəfli hərəkətlər yalnız bazarda xaosa səbəb olur.

QAZİLER.AZ