Türkiyə polisi "Paralel dövlət" adını almış cinayət işinin istintaqı çərçivəsində İstanbul və Ankara da daxil olmaqla, ümumilikdə 13 şəhərdə xüsusi əməliyyat keçirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, nəticədə, 18 polis əməkdaşı həbs olunub. Həbs olunanlardan biri İstanbulun Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mehmet Yeşilkaya, digəri isə həmin idarənin şöbə rəisi Alparslan Çalışkandır. Qeyd edək ki, iyul ayından etibarən başlanan əməliyyatlar zamanı indiyədək 27 polis əməkdaşı barəsində həbs qərarı çıxarılıb.