Rusiya Dövlət Duması Türkiyə Böyük Millət Məclisi (TBMM) ilə əməkdaşlığı dayandırıb. Axar.az xəbər verir ki, bunu Dövlət Dumasının vitse-spikeri Niklay Leviçev deyib.
“Rus və türk parlamentarilərinin rəsmi səviyyədə əməkdaşlığı dayandırıldı. Düzdür, Türkiyə parlamentariləri xalqın təmsilçiləridir, Türkiyə xalqı isə bizim düşmənimiz deyil. Rusiya Prezidenti Vladimi Putin də bildirmişdi ki, biz onları rəsmi Ankara ilə eyni səviyyədə tutmuruq”, - Leviçev bildirib.