Qərbi Avropanı "üç günah" - böyük biznesin maraqlarını xalqının maraqlarından üstün tutmaq, miqrantların nəzarətsiz qəbulu və uşaqların gender ideologiyası ruhunda tərbiyəsi məhv edib.
Qaziler.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bunu "Magyar Nemzet" qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Macarıstan bu üç günahı rədd edir və bu gün milli suverenliyin mahiyyəti budur. Macarıstan lideri həmçinin vurğulayıb ki, Brüssel Macarıstanın müqavimət göstərməkdən əl çəkməsini, Qərbi Avropa kimi olmasını və "immiqrantlar ölkəsinə" çevrilməsini istəyir".
QAZİLER.AZ



