ABŞ Ukrayna sülh planı ilə bağlı əsas problemi açıqlayıb

ABŞ Ukrayna sülh planı ilə bağlı əsas problemi açıqlayıb backend

Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən elan edilən Donbasda azad iqtisadi zonanın yaradılması, Rusiyanın razı olmadığı bir şeydir.

Qaziler.az xəbər verir ki, bu haqda “The Washington Post” qəzeti yazır.

Nəşr qeyd edir ki, əgər azad iqtisadi zona yaradılarsa, orada nə Rusiya, nə də Ukrayna hərbçiləri olmayacaq. Buna görə də, bu əraziyə kimin nəzarət edəcəyini müəyyən etmək lazım olacaq.

"Xarici sülhməramlıların yerləşdirilməsi mümkün bir seçimdir. Lakin Rusiya əvvəllər Ukraynada xarici qoşunların yerləşdirilməsi ideyasına qarşı çıxıb. Hər iki tərəfin belə bir missiyaya hansı ölkələrin qoşun göndərə biləcəyi barədə razılığa gəlməsi çətin olacaq", - “The Washington Post” yazıb.

QAZİLER.AZ