Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edərək onu "əziz qardaşım" adlandırıb.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Kadırov “Telegram” kanalında paylaşım edib.
"Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Heydər oğlu Əliyevi ad günü münasibətilə təbrik edirəm", - Kadırov yazıb.
O, Kadırov və Əliyevin ataları tərəfindən qurulan Azərbaycan və Çeçenistan arasındakı qardaşlıq və dostluq münasibətlərinə yüksək qiymət verdiyini qeyd edib. Çeçenistan liderinin sözlərinə görə, İlham Əliyevin mövqeyi və ardıcıl addımları Rusiya Federasiyası ilə Azərbaycan arasında etimadın, tərəfdaşlığın və mehriban qonşuluğun möhkəmlənməsinə mühüm töhfə verir.
QAZİLER.AZ



