Milad bayramı belə tərəflərə mane olmayacaq - Peskov

Milad bayramı belə tərəflərə mane olmayacaq - Peskov backend

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıq lazım gələrsə, tez bir zamanda əlaqələndirilə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov "Vedomosti"yə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, hətta Qərbdəki Milad bayramları belə tərəflərə danışıqlar aparmaq üçün mane olmayacaq.

“Onların Milad tətilləri başlayır - artıq başlamış hesab edin. Bu müddət ərzində orada həyat dayanır. Lakin belə bir ehtiyac yaranarsa, onu çox tez bir zamanda əlaqələndirmək mümkündür”, - Peskov deyib.

QAZİLER.AZ