Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya Kremlin və "Müqəddəs Georgi qalibi"n təsvir olunduğu qutu hədiyyə edib.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat verib.
Dövlət başçısı Zaxarovaya hədiyyəni Kremldə bir stəkan şampan arxasında qeyri-rəsmi görüşdə təqdim edib. Diplomat daha sonra prezidentin hədiyyəsini jurnalistlərə göstərərək onu inanılmaz adlandırıb.
"Bu, sadəcə inanılmazdır, çox gözəldir. Üstəlik, mən sənət nümunələrimizi sevirəm. Bütün janrlarımız ənənəvidir; bu, sadəcə fantastikdir", - Zaxarova heyranlıqla deyib.
O, qutunu sözün hər mənasında "əziz" hesab etdiyini vurğulayıb.
QAZİLER.AZ



