ABŞ Dövlət Katibi Marko Rubio əmindir ki, ABŞ-ni 2026-cı ildə yeni çətinliklər gözləyir.
Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial mediada yazıb.
"2026-cı il yeni çətinliklər gətirəcək", - deyə o yazıb.
Rubio həmçinin ABŞ Prezidenti Donald Trampın 2025-ci ildəki nailiyyətlərini də vurğulayıb. O, həll olunmuş səkkiz münaqişədən, qanunsuz immiqrantlarla mübarizədən və narkotik kartellərindən bəhs edib.
Dövlət Katibi qeyd edib ki, Tramp və onun siyasəti sayəsində NATO ölkələri müdafiə xərclərini ÜDM-nin 5%-nə qədər artırıblar. Bu, Alyansın daha çox maliyyə almasına səbəb olub.
QAZİLER.AZ



