Parisdə kuryerlərdən 150.000 avro dəyərində sapfir oğurlanıb

Parisdə kuryerlərdən 150.000 avro dəyərində sapfir oğurlanıb backend

“Le Figaro” Parisdə kuryerdən 150.000 avro dəyərində sapfir oğurlanması barədə məlumat yayıb

Parisdə zərgərlik daşıyan kuryerlərə silahlı hücum nəticəsində 150.000 avro dəyərində sapfir də daxil olmaqla beş zərgərlik paketi oğurlanıb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 24-də "Le Figaro" qəzeti Paris prokurorluğundakı mənbələrə istinadən məlumat yayıb.

Hücum  Parisin 10-cu rayonunda baş verib. Silahlı şəxs zərgərlik mağazasının yaxınlığındakı mikroavtobusun arxasında gizlənərək kuryerləri gözləyib. Kuryerlər nəqliyyat vasitələrini park etdikdən sonra o, onlara silahlı hücum edərək onlardan birinin başına zərbə endirib.

Qiymətli sapfir də daxil olmaqla, ümumi dəyəri 160.000 avro olan zərgərlik əşyalarını oğurlayan cinayətkar hadisə yerindən skuterlə qaçıb. Yaralı kuryer xəstəxanaya aparılıb.

Prokurorluq istintaqın başlandığını elan edib, lakin hələlik heç bir nəticə əldə etməyib.

QAZİLER.AZ