Rusiya tərəfində döyüşən iki Şimali Koreya əsgəri Şimali Koreyaya yox, Cənubi Koreyaya keçmək istəklərini bildirən məktub yazıblar.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "Yonhap" agentliyinə istinadən məlumat yayıb.
Cənubi Koreyadakı bir qrup Şimali Koreyalı qaçqınların lideri Can Se-Yul bildirib ki, təxminən 20 yaşlarında olan iki Şimali Koreyalı məhbus məktubu oktyabr ayında yazıblar. Məktub bu ayın əvvəlində Cənubi Koreyaya çatdırılıb.
"Cənubi Koreyadakıları valideynlərimiz və qardaşlarımız hesab edərək Cənubi Koreyaya getməyə qərar verdik", - məktubda deyilir.
QAZİLER.AZ



