Latviya Xarici İşlər Nazirliyi 14 rusiyalı idmançını arzuolunmaz şəxs elan edib

Latviya Xarici İşlər Nazirliyi 14 rusiyalı idmançını arzuolunmaz şəxs elan edib backend

Latviya 14 rusiyalı idmançını arzuolunmaz şəxs elan edib.

Qaziler.az bildirir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje dekabrın 24-də bildirib.

"Mən Rusiya Federasiyasının 14 vətəndaşını Latviya Respublikası tərəfindən arzuolunmaz hesab edilən şəxslərin siyahısına daxil etmək qərarına gəldim", - deyə o, X sosial media səhifəsində (əvvəllər Twitter) yazıb.

Qeyd olunur ki, giriş məhdudiyyətləri qeyri-müəyyən müddətə tətbiq edilib. "Delfi" portalının məlumatına görə, qərar 2026-cı ilin yanvar ayının əvvəlində keçirilməsi planlaşdırılan Beynəlxalq Qış kirşə idmanı üzrə Dünya Kuboku fonunda verilib. Lakin Rusiyadan olan idmançılar 2022-ci ilin yanvar ayından bəri bu Dünya Kubokunda iştirak etmirlər.

QAZİLER.AZ