Rumıniyanın Sibiu şəhərindəki Hilton Hotel spa mərkəzində üzgüçülük hovuzunun damı çöküb, səkkiz nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə yerli Antena3 televiziya kanalı məlumat yayıb.
"Hilton hotelində üzgüçülük hovuzunun damı çökərkən üç uşaq və beş böyük xəsarət alıb", - deyə məlumatda bildirilir.
Televiziya kanalının məlumatına görə, xilasedicilər dağıntılar altından üçü uşaq olmaqla səkkiz nəfəri çıxarıblar. Yeddi nəfər tibbi yardım üçün xəstəxanalara aparılıb.
Nəşr xəbər verir ki, hadisə Sibiu şəhərinin çıxışında, Reşinari kəndi istiqamətində yerləşən oteldə baş verib.
Hadisə yerindən çəkilmiş fotolarda hovuz ərazisində ciddi ziyanın olduğu görünür. Çökmənin səbəbi araşdırılır.
QAZİLER.AZ



