ABŞ Qazaxıstan liderləri Kasım-Jomart Tokayev və Özbəkistan liderləri Şavkat Mirziyoyevi Mayamidə keçiriləcək Böyük İyirmilik (G20) sammitinə dəvət edəcək.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bunu 23 dekabrda açıqladı.
"Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və hər iki lideri Mayamidə keçiriləcək bu çox vacib tədbirdə qonaq kimi bizə qoşulmağa dəvət edirik", - deyə o, özünün 2Truth Social" səhifəsində yazıb.
Tramp həmçinin Tokayev və Mirziyoyevlə telefon danışıqları apardığını bildirib. Söhbətlər zamanı mövcud münaqişələrin sülh yolu ilə həlli, eləcə də ABŞ, Qazaxıstan və Özbəkistan arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
O, ABŞ ilə bu ölkələr arasında münasibətlərin "möhtəşəm" olduğunu söylədi.
QAZİLER.AZ



