Ceki Çan Olimpiya məşəli estafetində iştirak etdi - VİDEO

Ceki Çan Olimpiya məşəli estafetində iştirak etdi - VİDEO backend

Honkonqlu aktyor Ceki Çan 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarından əvvəl 22 dekabrda keçirilən estafet zamanı Olimpiya məşəlini Pompey xarabalıqlarından keçirib.

Qaziler.az bildirir ki, bu barədə NBC məlumat yayıb.

Bu, aktyorun Olimpiya məşəli estafetində üçüncü iştirakıdır. O, əvvəllər məşəli 2008 və 2022-ci illərdə Pekin Olimpiadasında daşıyıb.

Kanal həmçinin bildirib ki, italyan futbolçular Fabio Kannavaro və Çiro Ferraranın məşəli götürəcəkləri bildirilib. Onlar məşəli estafetin Milad bayramı üçün dayandırılacağı yer olan doğma şəhərləri Neapoldan keçirəcəklər.

QAZİLER.AZ