Moldova 31 dekabrdan - xüsusi lisenziyalaşdırma rejiminin bitməsindən sonra Ukraynadan taxıl və toxum yağının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətindədir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Moldovanın kənd təsərrüfatı naziri Lyudmila Katlabuqa məlumat verib.
"Lisenziyalaşdırma rejimi ilə bağlı mövcud 170 nömrəli Sərəncam artıq bu tədbirin uzadılmasına imkan vermir. Buna uyğun olaraq, biz normal [idxal] rejiminə qayıdırıq", - nazir yerli fermerlərin məhdudiyyətlərin uzadılması tələbini şərh edərkən bildirib.
O, əlavə edib ki, hakimiyyət orqanları bazarı izləməyə davam edəcək və zərurət yaranarsa, dərhal müdaxilə edəcəklər.
QAZİLER.AZ



