İsveçrə 2022-ci ilin fevral ayında Rusiya xüsusi hərbi əməliyyatının başlamasından bəri təxminən 100 Ukrayna qaçqınını deportasiya edib.
Qaziler.az bu barədə “Le Temps” nəşrinə istinadla xəbər verir.
Qeyd olunur ki, bunlar digər ölkələrdə müvəqqəti qoruma almış Ukrayna vətəndaşlarıdır. Səkkiz nəfər Dublin Qaydaları çərçivəsindəki ölkələrə (27 AB ölkəsi, İslandiya və Norveç) deportasiya edilib. Səksən doqquz Ukrayna vətəndaşı üçüncü ölkələrə göndərilib, beşi isə Ukraynaya qaytarılıb.
Məqalədə deyilir ki, sonuncular məhkumlar üçün nəzərdə tutulmuş xüsusi reyslərlə deportasiya ediliblər.
Nəşr qeyd edib ki, Rusiya – Ukrayna münaqişəsi başlayandan bəri 4 milyondan çox insan Ukraynanı tərk edib.
QAZİLER.AZ



