Rumıniyada yeni müdafiə və iqtisadiyyat nazirləri təyin edilib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, Rumıniyanın yeni milli müdafiə naziri Radu Mirutsa, iqtisadiyyat, rəqəmsallaşdırma, sahibkarlıq və turizm naziri isə İrineu Dareu təyin edilib. Müvafiq əmr prezident Nikuşor Dan tərəfindən imzalanıb.
Qeyd edilib ki, noyabrın sonlarında keçmiş müdafiə naziri Yonuts Moştyanu yaşanan qalmaqal fonunda istefa verib. Belə ki, Moştyanu Buxarestdəki Athenaeum Universitetini bitirdiyini iddia edərək 1990-cı illərin sonlarında idarəetmə üzrə dərəcə aldığını bildirib. Lakin universitet jurnalistlərə verdiyi açıqlamada heç vaxt belə bir tələbəsi olmadığını qeyd edib.
QAZİLER.AZ



