ABŞ-nin nüvə çətiri NATO-nun Avropa ölkələri üçün "mütləq zəmanətdir" və bu dəyişməyəcək.
Qaziler.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Almaniyanın DPA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
Baş katib xatırladıb ki, yalnız bir neçə Avropa ölkəsinin öz nüvə çəkindiricisi var.
NATO rəhbəri həmçinin ABŞ-nin təşkilata sadiqliyinin prezident Donald Trampın dövründə də qalacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin milli təhlükəsizlik strategiyasında açıq şəkildə bildirilir ki, ABŞ üçün prioritetlər təhlükəsiz Avropa, güclü NATO və NATO-ya üzv ölkələr arasında sıx əməkdaşlıqdır.
QAZİLER.AZ



