Zaxarova rus canavarlarının Finlandiya marallarını öldürməsi ilə bağlı CNN-in məqaləsinə şərh verib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Zaxarova teleqram kanalında paylaşım edib.
"Yeni bir minimuma çatdığınız üçün təbrik edirəm! İndi sanksiyalar, görünür, CNN jurnalistlərinin və Finlandiyalı ekspertlərin fikrincə, Laplandiya marallarını terror edən rus canavarlarını hədəf alacaq", - Zaxarova zarafatla bildirib.
Diplomat zarafatla bildirib ki, Şaxta babadan hədiyyə almayan hər kəs, hətta canavarlar olsa belə, rusların günahkar olduğunu unutmamalıdır.
Qeyd edək ki, CNN-nin yaydığı xəbərdə Finlandiya sakinləri Şimali Avropa ölkəsində maralların tədricən yoxa çıxmasında Rusiyanı, xüsusən də rus canavarlarını günahlandırıb.
QAZİLER.AZ



