Kolumbiyada iqtisadi fövqəladə vəziyyət elan edilib

Kolumbiyada iqtisadi fövqəladə vəziyyət elan edilib backend

Konqresin maliyyələşdirmə haqqında qanun layihəsini qəbul etməkdən imtina etməsindən sonra Kolumbiya hakimiyyəti ölkədə iqtisadi fövqəladə vəziyyət elan edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə fərmanda qeyd olunub.

“Bu fərmanın qüvvəyə mindiyi tarixdən etibarən hesablanaraq, ölkə daxilində otuz təqvim günü müddətində iqtisadi fövqəladə vəziyyət elan edilir", - sənəddə deyilir.

Kolumbiya prezidenti Qustavo Petronun rəhbərliyindəki nazirlər kabineti dövlət büdcəsindən xərcləri ödəmək üçün əlavə 2,5-3 milyard dollar vəsait toplamaq məqsədilə vergi islahatı təklif edib, lakin Senat islahatı rədd edib.

QAZİLER.AZ