Slovakiyanın Baş naziri Robert Fitso 27 il davam edən tikinti işlərindən sonra açılan "Vişnyove" yeraltı tunelində roller konkilər sürüb.
Bu barədə siyasətçi "Facebook" sosial şəbəkə səhifəsində paylaşım edib.
"Bu gün "Vişnyove" tunelinin slovakların həyatını yaxşılaşdıracağına görə sevinənlərə qoşuluram - siyasətin əsas missiyası da məhz budur", - deyə Fitso yazıb.
Qeyd edək ki, 1990-cı illərin sonlarında başlayan tikinti prosesi çoxsaylı fasilə və gecikmələrlə 27 ildən çox davam edib. 7,5 km uzunluğunda olan tunel yeni 13,5 km-lik avtomagistral hissəsinin əsas elementidir və Slovakiyanın ən uzun avtomobil tuneli hesab olunur.



