Tramp administrasiyası 48 səfiri geri çağırıb

Tramp administrasiyası 48 səfiri geri çağırıb backend

ABŞ Prezidenti Donald Tramp administrasiyası 48 səfiri geri çağırmaq qərarına gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.   

“Amerika hakimiyyəti Afrika, Asiya, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrində xidmət etmiş diplomatları geri qaytarır”, - məlumatda qeyd olunub.

Kadr dəyişikliklərinin səbəbləri rəsmi olaraq açıqlanmayıb. Lakin geri çağırılan diplomatlar Dövlət Departamentinin işçiləri statuslarını qoruyacaq və Vaşinqtona qayıtdıqdan sonra onlara digər tapşırıqlar təklif olunacaq.

“Bu, istənilən administrasiyada standart prosedurdur. Səfir prezidentin şəxsi nümayəndəsidir və prezidentin ölkələrdə "Amerika hər şeydən öndə" siyasətini təbliğ edən insanlar tərəfindən təmsil olunmasını təmin etmək hüququ var”, - deyə mənbə izah edib.

QAZİLER.AZ