Pentaqon Monqolustanla sərhəddə Çin raketlərinin yerləşdirildiyini açıqladı

Pentaqon Monqolustanla sərhəddə Çin raketlərinin yerləşdirildiyini açıqladı backend

Pentaqon Çinin Monqolustanla sərhəd yaxınlığında 100-dən çox qitələrarası ballistik raket yerləşdirdiyini açıqlayıb.

Qaziler.az bildirir ki, “Reuters” bu barədə ABŞ Hərbi Departamenti tərəfindən hazırlanmış layihənin hesabatına istinadən məlumat verib.

Agentliyin hesabatına görə, Pentaqon əvvəllər bu silosların mövcudluğu barədə məlumat vermişdi, lakin yüklənmiş raketlərin sayı barədə bilgi yox idi. Hesabatda Çinin Monqolustanla sərhəd yaxınlığındakı üç silosda 100-dən çox “Dunfen-31” bərk yanacaqlı qitələrarası ballistik raket yerləşdirdiyi bildirilib.

Sənəddə yeni yerləşdirilən raketlərin potensial hədəfləri göstərilmir. ABŞ mənbələri qeyd edib ki, hesabatın məzmunu Konqresə təqdim edilməzdən əvvəl dəyişdirilə bilər.

QAZİLER.AZ