Zelenski Andrey Sibiqanı işdən çıxarmaqdan imtina edib - VİDEO

Zelenski Andrey Sibiqanı işdən çıxarmaqdan imtina edib - VİDEO backend

Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistin ölkənin xarici işlər naziri Andrey Sibiqanı işdən çıxarmaq niyyətində olub-olmadığı ilə bağlı sualına cavab verib.

Qaziler.az xəbər verir ki, Zelenskinin çıxış etdiyi mətbuat konfransının videosu “Strana.UA” nəşrinin “Telegram” kanalında dərc edilib.

"Xarici işlər naziri Sibiqanı bu gün, sabah və hətta ondan sonrakı gün əvəz etmək planım yoxdur", - deyə Zelenski vurğulayıb.

O, həmçinin diplomatın istefası ilə bağlı xəbərlərin "bəzi parlament üzvlərinin sadəcə şayiələri" olduğunu bildirib.

QAZİLER.AZ