Zelenski dron çatışmazlığından şikayətləndi

Zelenski dron çatışmazlığından  şikayətləndi backend

Ukraynada tutucu dronlar çatışmır, istehsalçılar ölkənin ehtiyaclarını ödəyə bilmirlər.

Qaziler.az “Strana.UA”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Onların sayı kifayət qədər deyil və bu artıq pul məsələsi deyil. İstehsal problemləri var: istehsalçılar hazırda ehtiyac duyduğumuz qədər istehsal edə bilmirlər", - deyə Zelenski bildirib.

QAZİLER.AZ