Lavrov Karib dənizindəki gərginlik fonunda ABŞ-yə açıq mesaj göndərib

Lavrov Karib dənizindəki gərginlik fonunda ABŞ-yə açıq mesaj göndərib backend

Rusiya və Venesuela xarici işlər nazirləri Sergey Lavrov və İvan Gil Pinto Karib dənizində ABŞ-nin fəaliyyətinin artmasından narahatlıqlarını ifadə ediblər.

Qaziler.az bildirir ki, Rusiya XİN-in mətbuat xidmətinin məlumatına görə, Rusiya tərəfi Karakasla hərtərəfli dəstəyini və həmrəyliyini bir daha təsdiqləyib.

“Nazirlər Vaşinqtonun Karib dənizindəki gərginləşdirici fəaliyyətindən ciddi narahatlıqlarını ifadə ediblər ki, bu da region üçün genişmiqyaslı nəticələrə səbəb olur və beynəlxalq gəmiçilik üçün təhlükə yaradır”, - bəyanatda deyilir.

XİN həmçinin Lavrov və Pintonun iki ölkə arasında daha sıx əməkdaşlıq barədə razılığa gəldiyini vurğulayıb. Bundan əlavə, nazirlər beynəlxalq forumlarda, əsasən BMT-də fəaliyyətlərini əlaqələndirmək barədə razılığa gəliblər.

QAZİLER.AZ