NATO-nun baş katibi: “Suriyadakı müharibə Qərblə islam dünyası arasında deyil”

NATO-nun baş katibi: “Suriyadakı müharibə Qərblə islam dünyası arasında deyil” backend

NATO-nun baş katibi Yens Stoltenberq koalisiya qüvvələrinin Suriyada İŞİD-ə qarşı vuruşmaq üçün hərbçi göndərməyəcəyini açıqlayıb. APA-nın xəbərinə görə, Y. Stoltenberq İsveçin “Tages-Anzeiger” qəzetinə müsahibəsində deyib ki, bu müharibədə ön cəbhədə döyüşənlər də, qurbanlar da müsəlmanlardır: “İŞİD-ə qarşı döyüşənlərin də əksəriyyəti müsəlmandır. Bu mübarizəni onlar üçün davam etdirməyəcəyik. Suriyaya hərbçi göndərmək yox, yerli silahlı qüvvələri gücləndirmək lazımdır. Oradakı müharibə Qərblə İslam dünyası arasında müharibə deyil. Suriyada radikalizm və terrorçuluğa qarşı mübarizə aparılır. NATO-nun və koalisiya qüvvələrinin gündəmində Suriyaya hərbçi göndərmək məsələsi yoxdur”.


Baş katib deyib ki, NATO Yeni il bayramından əvvəl Türkiyə ilə bağlı müdafiə paketi qəbul edəcək: “Türkiyə NATO-nun əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi tək ölkədir”.
Diaspora