Cənubi Afrikada atışma nəticəsində 10 nəfər həlak olub

Cənubi Afrikada atışma nəticəsində 10 nəfər həlak olub backend

Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında baş verən atışma nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi xəbər verib.

 

Polis bildirib ki, Yohannesburqdan 40 kilometr cənub-qərbdə yerləşən Bekkersdalda naməlum silahlı şəxslərin atışmada 10 nəfəri öldürdüyü, 10 nəfəri isə yaraladığı bildirilir.

 

Atışmanın motivi məlum deyil.