Dalay Lamadan ŞOK İŞİD açıqlaması

Dalay Lamadan ŞOK İŞİD açıqlaması backend

Çinin Tibet muxtariyyətinin mühacirətdə yaşayan lideri Dalay Lama sensasion açıqlama verib. Doğan xəbər agentliyi xəbər verir ki, İtaliyanın qəzetlərindən birinə müsahibə verən filosof İŞİD-lə dialoqun qurulmasının vacibliyindən danışıb.

Bəzi müsəlmanların sülh dini olan islama böyük zərbə vurduğunu deyən Dalay Lama İŞİD-lə dialoqun yaradılmasının müsbət nəticələr verəcəyinə inandığını ifadə edib.

Jurnalistin “Bəs, İŞİD-lə necə dost olmaq mümkündür?” sualına ruhani filosof belə cavab verib: “Dialoqla. Dinləmək, anlamaq, digərinə hörmət etməklə. Bunun başqa bir yolu yoxdur”.

Qəzetin müxbirinin Tibet liderinə növbəti sualı da maraqlı olub: “Amma İŞİD insanların başını kəsir. Başınız yoxdursa, deməli qulaqlarınız da yoxdur və dinləyə bilməyəcəksiniz. Onda necə?”

Dalay Lamanın cavabı isə belə olub: “Onda qəlbinizlə dinləməlisiniz. Mərhəmətli olmalısınız. Təhsil verməlisiniz. Məsələn, Almaniya mühacirləri qəbul edərək onları himayəyə götürür. Yedirdib-geydirir. İndi isə onlara təhsil verməyin vaxtıdır”.
Diaspora