ABŞ Suriyada antiterror əməliyyatına başlayıb - Pentaqon təsdiqlədi

ABŞ Suriyada antiterror əməliyyatına başlayıb - Pentaqon təsdiqlədi backend

ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD qruplaşmasına qarşı antiterror əməliyyatına başlayıb.

APA xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset məlumat yayıb.

Onun sözlərinə görə, bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.

Nazir vurğulayıb ki, "Hawkeye Strike" ("Şahin gözü zərbəsi") əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib.

"Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır", – Heqset qeyd edib.