Bu həftə Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı güzəştə gedə bilər?

Bu həftə Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı  güzəştə gedə bilər? backend

Amerika Birləşmiş Ştatları Rusiya və Ukraynanı münaqişələrin həlli ilə bağlı güzəştə getməyə bu həftənin əvvəlindən başlaya bilər.

Qaziler.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Dövlət Departamentinin “YouTube” kanalında yayımlanan brifinq zamanı bildirib.

"Biz Rusiyanın mövqeyini, nə qədər verməyə hazır olduqlarını və nəyi saxlamalı olduqlarını anlamağa çalışırıq. Biz Ukraynanın mövqeyini başa düşürük və bu mövqelər arasında ortaq məxrəc tapmağa çalışırıq. Bu, bu həftə, gələn ay baş verə bilər, ancaq yaxın aylarda baş verməyə bilər. Qərar vermək bizdən asılı deyil", - deyə Rubio bildirib.

Rubio əlavə edib ki, razılaşma ilə bağlı qərarı Rusiya və Ukrayna verməlidir. Onun sözlərinə görə, ABŞ münaqişəyə mümkün qədər tez son qoymaq istəyir.

QAZİLER.AZ