Rusiyanın Danimarkadakı səfiri Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Danimarkadakı səfiri Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb backend

Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin, Danimarka hakimiyyətinin Moskvanın kiberhücumlarda iştirakı ilə bağlı iddialarından sonra Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, diplomatın özü bunu dekabrın 19-da açıqlayıb.

"Danimarka tərəfi Rusiyanın Danimarkaya qarşı kiberhücumlarda iştirakı ilə bağlı ittihamlarına dair dəlil təqdim etməyib", - deyə o, RİA Novosti agentliyinə bildirib.

Səfir iddiaları ədalətsiz fərziyyə kimi qiymətləndirdiyini və bu barədə müzakirə etmək niyyətində olmadığını bildirib.

QAZİLER.AZ