Rusiyanın Penza vilayəti 1 sentyabr 2026-cı il tarixindən etibarən veypinqi qadağan edən qanunu təsdiqləyib.
Qaziler.az xəbər verir ki, regional parlamentin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, regionda nikotin tərkibli məhsulların istehlakı üçün cihazların satışı qadağan olunacaq. Qadağaya nikotinsiz mayelərin istehlakı üçün cihazlar da daxil olacaq.
Qanun pozuntularına görə vəzifəli şəxslər 40.000-50.000 rubl (təxminən 1100 azn), təşkilatlar isə 500.000-1 milyon rubl (10 min – 22 min azn) məbləğində cərimə ödəməli olacaqlar.
QAZİLER.AZ



