Bulkanın qiymətinin artması ilə bağlı məktəblinin sualına Putinin cavabı

Bulkanın qiymətinin artması ilə bağlı məktəblinin sualına  Putinin cavabı backend

Canlı yayım zamanı Rusiya Prezidenti Vladimir Putin Rostov vilayətindən olan məktəblinin yeməkxanada bulku və ətzaq qiymətlərinin niyə artdığı, valideynlərinin maaşlarının isə artmadığı barədə sualını cavablandırıb.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.

Dövlət başçısı yeniyetməyə inflyasiyanı izah edib. Rusiya liderinin sözlərinə görə, ümumi inflyasiya hazırda azalsa da, müəyyən məhsulların qiymətlərində artımlar yüksək ola bilər. Prezident bunu hər bir ailənin istehlak səbətinin tərkibi ilə əlaqələndirib.

"Hər şey insanın istifadə etdiyi ərzaq səbətindən asılıdır. Əgər ərzaq səbəti əsasən protein məhsullarından ibarətdirsə, bu, ailə büdcəsinə təsir edəcək", - Putin izah edib.

QAZİLER.AZ