Putin: "Onları unutmamalıyıq"

Putin: "Onları unutmamalıyıq" backend

"Bu il pis hadisələr olsa belə, onlardan dərs çıxarmalı və onları unutmamalıyıq".

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu açıqlamanı böyük mətbuat konfransı ilə birləşdirilmiş “birbaşa xətt” zamanı verib.

"Unutmaq istədiyim şeyə gəldikdə isə, buna mənim öz yanaşmam var: əgər bir şeyi unutmaq istəyirəmsə, demək, nəsə alınmayıb, nəsə pis olub. Bunu unutmaq olmaz", - deyə dövlət başçısı bildirib.

O, əlavə edib ki, biz bu cür hadisələrdən dərs çıxarmalı və sonra buraxılan səhvləri düzəltməliyik.

Tədbir zamanı Rusiya lideri həmçinin etiraf edib ki, onun üçün 2025-ci il sanki iki-üç həftə əvvəl başlayıb. O, bu il çox şeyin baş verdiyini qeyd edib. Eyni zamanda, Putin vurğulayıb ki, bir çox müsbət inkişaflar olub.

Qeyd edək ki, dekabrın 19-da Rusiya prezidenti “birbaşa xətt” və böyük mətbuat konfransı keçirib. Moskvadakı Qostinı Dvorda keçirilən tədbir dörd saat 30 dəqiqə davam edib. Canlı telefon danışığı zamanı rusiyalıların suallarının sayı 3 milyonu keçib.

QAZİLER.AZ