Daha bir ölkə Ukraynanı maliyyələşdirmək istəmir

Daha bir ölkə Ukraynanı maliyyələşdirmək istəmir backend

Bolqarıstan Dirçəliş Partiyası parlamentdə ölkənin Ukraynaya milyardlarla dollarlıq AB kredit paketində iştirakına qarşı sərt bir bəyanatla çıxış edib.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin VTA agentliyi məlumat yayıb.

Hərəkatın lideri Kostadin Kostadinov bildirib ki, Bolqarıstan tərəfindən ayrılan 600 milyon avro mahiyyət etibarilə Kiyevə hədiyyədir.

Biz bu büdcəyə, eləcə də onun uzadılmasına qəti şəkildə qarşıyıq. Parlament üzvü real siyasi vəziyyəti əks etdirən yeni bir büdcənin hazırlanmasını istədiklərini bildiriblər.

Deputat qeyd edib ki, Rusiyadan təzminat və ya aktivlərinin müsadirə edilməsi yolu ilə geri ödəmə şərtləri tamamilə qeyri-realdır.

QAZİLER.AZ