Rusiyalı adamyeyən sərbəst buraxıldı və klinikada öldü

Rusiyalı adamyeyən sərbəst buraxıldı və klinikada öldü backend

 Məşhur rusiyalı qatil, təcavüzkar və adamyeyən Mixail Malışev Permdə həkim qəbulunda olarkən ölüb.

Qaziler.az bildirir ki, Ura.ru-nun məlumatına görə, 60 yaşlı kişi Lipatov küçəsindəki klinikada huşunu itirib. O, həkim qəbuluna gəlmiş və foyedə huşunu itirib.

Mediada yer alan xəbərlərə görə, daha çox "permli adamyeyən" kimi tanınan Malışev həbsxanadan azad edildikdən sonra heyvan sığınacağında iş tapıb.

Malışev xüsusilə qəddar qətllərə görə 23 il həbs cəzası çəkib. Saxlanılandan sonra hüquq-mühafizə orqanları əməkdaşları onun evində it və insan əti olan iki soyuducu tapıb. Sevgilisinin köməyi ilə o, qurbanları evinə gətirib edib, öldürüb, parçalayıb və sonra yeyib. Cinayətkar qurbanların ətindən müxtəlif yeməklər, o cümlədən pelmeni və piroq hazırlamaq üçün istifadə edib.

2022-ci ildə Malışev doğma Permə qayıdıb.

QAZİLER.AZ