Hindistanın Carxand əyalətində son 24 saat ərzində baş verən ayrı-ayrı hadisələrdə, ikisi qadın olmaqla, cəmi beş nəfər vəhşi fillər tərəfindən tapdalanaraq öldürülüb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, rəsmilərin sözlərinə görə, çərşənbə axşamı gecəsi Ramqarh bölgəsinin Sirka meşəlik ərazisində üç nəfər fil hücumuna məruz qalıb. Rançinin Anqara bölgəsindəki Jidu kəndində isə 36 yaşlı bir kişi hücuma məruz qalıb.
Ramqarh Regional Meşə Müfəttişi Nitiş Kumar bildirib ki, ölənlərin bəzilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi işləri davam edir.
Təcili yardım qrupları və meşə gözətçiləri ərazidəki fil sürülərinin hərəkətlərini izləyir.
QAZİLER.AZ



