Ukrayna nizamlanma məsələsində tələsməlidir.
Dekabrın 18-də ABŞ prezidenti Donald Tramp Ukraynanın münaqişənin həlli üçün səylərini sürətləndirməli olduğunu bildirib.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" yazıb.
Bundan əlavə, ABŞ prezidenti Ukrayna tərəfini danışıqlarda həddindən artıq ləngidiyinə görə tənqid etdi.
"Ümid edirəm ki, Ukrayna tez bir zamanda hərəkətə keçəcək", - o, jurnalistlərlə söhbəti zamanı bildirib.
Tramp həmçinin münaqişənin "tezliklə" həll edilə biləcəyini də əlavə edib.
QAZİLER.AZ



