Litva Prezidenti Gitanas Nausėda Avropa Birliyini Rusiya və Belarusa qarşı əlavə sanksiyalar məsələsində qətiyyətli davranmağa çağırdı və təcavüzkarların əsas şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.
Qaziler.az bildirir ki, bu barədə Delfi-yə istinadən məlumat yayıb.
"Biz qətiyyətli olmalıyıq. Sanksiyalar ən qiymətli nöqtələrə - "Qazprom", "Novatek" və "Lukoyl"a yönəldilməlidir. Yalnız bu cür cəsarətli qərarlar rejimə real ziyan vura və onsuz da çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatına təsir göstərə bilər", - deyə Nausėda bildirib və qeyd edib ki, "indi tərəddüd vaxtı deyil".
Prezident vurğulayıb ki, Avropa Moskvaya təzyiqi artırmalıdır.
O, həmçinin Rusiya iqtisadiyyatının artıq ciddi problemlərlə üzləşdiyini və effektiv tədbirlər üçün sanksiyaların gücləndirilməsinin vacib olduğunu xatırladıb.
QAZİLER.AZ



