Polşanın Baş naziri Donald Tusk Avropanı qeyri-adi bir seçimlə qarşı-qarşıya qoyaraq, dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə çağırıb.
Qaziler.az xəbər verir ki, Tuskun Brüsseldə Avropa Şurasının iclası başlamazdan əvvəl etdiyi çıxışını UNİAN təqdim edib.
"İndi bizim sadə bir seçimimiz var: ya bu gün pul, ya da sabah qan. Və mən yalnız Ukraynadan danışmıram. Mən Avropadan danışıram. Və bu, bizim verəcəyimiz qərardır. Yalnız bizim qərarımızdır", - Tusk deyib.
Polşa Baş naziri həmçinin Avropa liderlərini işə başlamağa çağırıb.
QAZİLER.AZ



