Lavrov Ursula fon der Lyayenin dediklərindən təsirləndiyini bildirdı

Lavrov Ursula fon der Lyayenin dediklərindən təsirləndiyini bildirdı backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayenin ABŞ-ni "Avropa demokratiyasına" müdaxilə etməməyə çağıran "kortəbiiliyindən" təsirləndiyini etiraf edib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bir həftə əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Trampı Avropa demokratiyasına müdaxilə etməməyə çağıranda siyasətçilərin "kortəbiiliyi" məni heyrətləndirdi", - deyə o, avropalılara Moldova və Rumıniyadakı seçki vəziyyətini xatırladaraq bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun artıq Avropa demokratik formatını istəməməsi ciddi bir göstəricidir. Lavrov xatırladıb ki, bu yaxınlarda ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə demokratiyanı "tapdalamamağı" və seçkilər keçirməyi məsləhət görüb.

QAZİLER.AZ